!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Saakaşvili Azərbaycan velosipedçilərini Odessaya çağırdı

!Reklam – Yazi

104406_res_01Dünən Odessanın mərkəzində-Deribasovski küçəsində ikigünlük “Odessa Grand Prix” adlı beynəlxalq velosiped yürüşü start götürüb.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, havanın həddən artıq isti olmasına baxmayaraq, yürüşü çoxlu azarkeş və tamaşaçı kütləsi izləyib.

Yürüşdə Moldova, Latviya, Belorus, Rumıniya, Azərbaycan və İsraildən 15 komanda iştirak edir.

Ukraynanı yürüşdə ölkənin ayrı-ayrı şəhərlərindən olan komandalar və milli yığma təmsil edir.

Odessada bu masştabda tədbir ilk dəfədir keçirilir. 2015-ci il “Odessa Grand Prix” üçün həm də onunla əlamətdardır ki, yürüş bu il 20 illik yubileyini qeyd edir və beynəlxalq status qazanıb.

Təşkilatçılar əmindirlər ki, bu yürüş Odessanı, necə deyərlər, velosipedçilərin Məkkəsinə çevirəcək.

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv