Ötən gecə yoxa çıxdığı deyilən Odessanın sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixal Saakaşvili tapılıb.
Yenicag.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabı vasitəsi ilə hazırda olduğu yeri bildirməklə yanaşı, sabah Çernovtsının mərkəzi meydanında mitinq keçirəcəyini də qeyd edib.
Saakaşvili bununla bağlı əhaliyə müraciət də ünvanlayıb.
“Ukraynada dəyişikliklər Çernovtsıdan başlayır. Şəhər sakinlərini sentyabrın 13-də saat 18:00-da Mixail Saakaşvili ilə görüşə dəvət edirəm”, deyə çağırışda bildirilir.