Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Saakaşvili istəyinə çatdı – artıq Ukraynadadır

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıtmaq cəhdləri nəhayət ki, bəhrəsini verib.

Yenicag.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu gün Polşadan qatarla Ukraynaya keçməyə cəhd göstərən gürcü siyasətçinin istəyi baş tutmamışdı və Ukrayna sərhədçiləri onu qatardan enməyə məcbur etmişdilər. Lakin o, avtobusla başqa bir sərhəd-keçid məntəqəsinə gedərək istəyinə çatıb. Burada ona tərəfdarları da kömək ediblər. Məhz böyük insan kütləsinin dəstəyi sayəsində Ukrayna ərazisinə daxil olan Saakaşvili qarşıdurmaya da səbəb olub. Belə ki, burada onun tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb.

Xatırladaq ki, Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar onun Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlamışdı.

www.yenicag.az

3427