Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə onun dostu David Sakvarelidze məlumat yayıb. O bildirib ki, M. Saakaşvili xüsusi təyinatlılar tərəfindən “Suluquni” restoranının yaxınlığında saxlanılaraq naməlum istiqamətdə aparılıb.
Hüquq-mühafizə orqanlarından isə qeyd olunub ki, M. Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.
Saakaşvili saxlanıldığı anın videosunu sosial şəbəkə hesabında paylaşıb:
Xatırladaq ki, Kiyev məhkəməsi M. Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.