Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saakaşvili tərəfdarları Poroşenkonun evi qarşısında: "Çıx bayıra, qorxaq" - VİDEO

Bu gün Gürcüstanın sabiq prezidenti, “Yeni qüvvələr hərəkatı” partiyasının lideri Mixeyil Saakaşvilinin tərəfdarları Kiyevdə Ukrayna prezidenti Petro Poroşenkonun evi yaxınlığında mitinq keçiriblər.

Yenicag.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bir saata yaxın etirazçılar Poroşenkoya çatmağa çalışdılar, lakin heç kim gəlmədi. Onlar “İstefa”, “Polis xalqın yanındadır” və “Çıx bayıra, qorxaq” şüarlarını səsləndirirdilər.

Daha sonra onlar prezident əleyhinə şüarılı böyük bir plakat açdılar. Mitinq iştirakçıları Poroşenkoya fevralın 18-də keçiriləcək Saakaşvili tərəfdarlarının növbəti mitinqinə dəvətnaməni çatdırmağı ümid ediblər.

Məlumata görə, Ukrayna prezidentinin evi qarşısında keçirilən mitinq zamanı heç bir qayda pozuntusu qeydə alınmayıb. Onlara hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət edirdi.

Mitinqdən sonra etirazçılar evə getdilər.

www.yenicag.az

1058
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100