!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşvili tərəfdarları Ukraynanın bütün şəhərlərində aksiyalara başlayır

!Reklam – Yazi

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır.

Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu tələbi ilə Kiyevdə keçirilən aksiyada çıxış edən Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi Olqa Qalabala bəyan edib.

M. Saakaşvilinin sədri olduğu partiyanın təmsilçisi bildirib ki, sabahdan Ukraynanın bütün şəhərlərində aksiyalara başlanacaq. Partiya üzvləri rayon və vilayət mərkəzlərində dinc aksiyalar keçirəcək. O. Qalabala növbəti bazar günü də Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşünün keçiriləcəyini bildirib.

Qeyd edək ki, M. Saakaşvili dekabrın 5-də cinayətkar qrupun üzvlərinə yardım etmək və onların cinayət əməllərini gizlətmək ittihamı ilə saxlanılıb. Ancaq tərəfdarları M. Saakaşvilinin aparıldığı avtomobilin qarşısını kəsib, onu azad ediblər. Daha sonra M. Saakaşvili tərəfdarları ilə birlikdə Ali Radanın qarşısındakı meydana gəlib, prezidentin impiçmentini tələb ediblər. Dekabrın 6-da polislər meydandakı çadır şəhərciyində M. Saakaşvilini həbs etmək istəsələr də, onun tərəfdarlarının müqaviməti ilə qarşılaşıblar. Polislər M. Saakaşvilini yalnız dekabrın 8-də axşam saatlarında saxlaya biliblər.

www.yenicag.az

2094
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv