Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynadan çıxarılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin başçısının müşaviri Oleq Slobodyan məlumat yayıb.
Gürcüstanın sabiq prezidenti Polşaya göndərilib.
Qeyd edək ki, Saakaşvili bu gün Kiyevdəki restoranlardan birində saxlanılıb.