Saakaşvili Yeni ili çadırda qarşıladı – VİDEO

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Yeni ili çadırda qarşılayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti öz “facebook” hesabında paylaşım edib.

Yeni ili Ukrayna Ali Radasının yaxınlığındakı çadır şəhərciyində qarşılayan gürcü siyasətçi “Biz yaşadıqlarımızdan və birlikdə həyəcan keçirdikdən sonra 2018-ci ili başqa yerdə qarşılaya bilməzdik”, deyə qeyd edib.