!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşvilidən şok iddia: Oğurlanmış pasportum Poroşenkodadır

!Reklam – Yazi

Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili itmiş pasportuyla bağlı maraqlı açıqlama verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Saakaşvili sənədin Ukrayna prezidenti Petro Poroşenkoda olduğunu iddia edib.

“Mən rəsmi şəkildə elan edirəm ki, oğurlanan pasportum hazırda Ukrayna prezidenti Petro Poroşenkonun kabinetindədir. Bu barədə mənə olduqca məlumatlı mənbədən xəbər çatdırılıb. Pasport Ukrayna prezidentinə bu gün səhər, o işə gələrkən təqdim edilib.

Sərhədi qanunsuz keçmək barədə protokolu götürməkdən imtina edən Saakaşvili bunun da səbəbini açıqlayıb. O, protokolun ölkəyə daxil olduqdan sonra 3 saat ərzində verilməli olduğunu bildirib.

Saakaşvili Polşa-Ukrayna sərhədini asanlıqla, heç bir maneə olmadan Ukrayna pasportu ilə keçdiyini bildirib. Onun sözlərinə görə, avtobusda axtarış aparan Ukrayna polisi onun pasportunu oğurlayıb.

Qeyd edək ki, ötən gün Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukraynaya geri qayıdıb. O, burada ölkə sərhədini qanunsuz şəkildə pozmaqda ittiham olunub.

COP29

www.yenicag.az

2353
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv