Saakaşvilidən yeni şərt: “Bu, qadağan olunarsa…”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müalicə aldığı Qori hərbi xəstəxanasına deputatların buraxılmadığını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Saakaşvilinin “Facebook” səhifəsində qeyd olunub.

“Artıq bir həftədir ki, Vahid Milli Hərəkat və digər partiyalardan olan deputatlar içəri buraxılmır. Son günlər palatamın yanında dayanan DTX nümayəndələri buradakı tibb işçilərini təhdidedici şəkildə dindirirlər ki, mən onların vasitəsilə cəmiyyətimizə hər hansı mesaj göndərməyim.

Əgər sabahdan deputatların içəri buraxılması qadağan olunarsa, mən müalicə kursundan imtina edəcəyəm və yalnız həbsdən əvvəl aldığım dərmanları qəbul edəcəyəm”, – deyə M. Saakaşvili qeyd edib.