!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Saakaşvilini həbsdə uzun müddət saxlaya bilməyəcəklər” – Ekspert

!Reklam – Yazi

“Mixail Saakaşvilinin həbsi Ukraynada narazı elektoratın ona rəğbətini daha da artıracaq”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Mixail Saakaşvilinin həbs olunmasını şərh edən gürcüstanlı ekspert Vasili Papava deyib:

“Ukrayna hökuməti Saakaşvilini hələ sentyabrda, o, vətəndaşlıqdan çıxarıldıqdan sonra Polşa ilə sərhəddəki “Şeqini” keçid-buraxılış məntəqəsindən ölkəyə daxil olarkən həbs edə bilərdi. Ancaq o zaman çaşqın vəziyyətdə olan hökumət hansı addımı atacağını bilmirdi”.

Papavanın fikrincə, Saakaşvilinin Ukraynadakı elektoratının gücünü qiymətləndirməmək sadəlövhlük olardı:

“Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Saakaşvilinin oktyabrın 17-də başladığı etiraz hərəkatının iştirakçıları cəmi bir neçə min nəfərdən ibarət olsa da, bu say Ukrayna miqyasında prezident Poroşenkoya təzyiq etmək və hökuməti Qərb mediasının hədəfinə gətirməyə yetdi.

Ekspert belə düşünür ki, Saakaşvilinin həbsi onun Ukraynadakı reytinq və nüfuzunu daha da artıracaq:

“Birinci cəhd uğursuzluqla nəticələndikdən sonra hökumət Saakaşvilini yalnız ikinci cəhddə həbs edə bildi. Qərb mediası repressiv üsullara əl atdığına görə Ukrayna hakimiyyətini artıq “bombalayır”.

Şübhəsiz, Mixail Saakaşvili kimi mahir siyasətçinin həbsi onun mövqeyini gücləndirəcək və nüfuzunu narazı elektoratın nəzərində artıracaq. Eyni zamanda, Saakaşvilinin həbsi onun barəsində “Ukrayna hakimiyyətinin qanunsuz hərəkətlərinə məruz qalan siyasətçi” təəssüratını dərinləşdirəcək.

Belə ağırçəkili siyasətçinin uzun müddət həbsdə saxlanılması mümkün olmayacaq. Çünki Qərbin demokratik ictimaiyyətinin Ukrayna hakimiyyətinə təzyiqləri güclənəcək. Bu zaman Ukrayna hökuməti Saakaşvilinin Gürcüstana ekstradisiyası məsələsini yenidən qaldıra bilər. Yəni qoy “gözdən uzaq, könüldən iraq” olsun. Rəsmi Tiflisin bu varianta münasibəti isə yaxın vaxtlarda bilinəcək”.

www.yenicag.az

2221
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv