Saakaşvilinin ən yaxın adamı Azərbaycan televiziyasından şəkil paylaşdı – FOTO

Gürcüstanda keçirilən prezident seçkilərinin birinci turu başa çatsa da, proses ətrafında cərəyan edən hadisələr hələ də diqqət mərkəzindədir.

Bu arada gürcü siyasətçiləri və politoloqları seçkilərin nəticələri ilə bağlı öz münasibətini açıqlamaqdadırlar. Diqqət çəkən şərhlərdən biri də Gürcüstanın 3 prezidenti olmuş Mixeil Saakaşvilinin lideri olduğu Milli Hərəkat Partiyasının icra katibi, sabiq dövlət başçısının ən yaxın adamı kimi tanın Zurab Melikişvilinin azərbaycanlılarla bağlı açıqlaması olub.Z.Melikişvili feysbuk hesabında 2007-ci ildə Azərbaycanın İctimai Televiziyasında “Gerçəyin özü” adlı verilişin aparıcısı və redaktoru Telman Məmmədovun qonağı olduğu şəkili paylaşıb və soydaşlarımızın Qriqol Vaşadzeni dəstəkləməsinə məmnunluq ifadə edib:

“2007-ci ildə bölgə qubernatoru qismində səfərdə olarkən məni Azərbaycanın İctimai Televiziyasına dəvət etdilər və biz regionda həyata keçirilən layihələrdən danışdıq.Bizim komanda əlindən gələni etməyə çalışdı, nəticədə də bu seçkilərdə azərbaycanlı vətəndaşlarımızın dəstəyini ala bildik.Çox məmnunuq”.

Hazırda Aktor.az saytının baş redaktoru olan Telman Məmmədov yazdığı şərhdə Zurab Melikişviliyə təşəkkürünü çatdırıb.

Xatırladaq ki, Milli Hərəkat Partiyasının icra katibi olmamışdan öncə Zurab Melikişvili bir neçə il soydaşlarımızın kompakt yaşadığı Kvemo-Kartli bölgəsinin qubernatoru olub.

Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərində hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64 faiz, müxalifətin yaratdığı “Güc birlikdədir” blokunun namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb.11 faizə yaxın səslə 3-cü olan Bakradze ikinci turda müxalifətin namizədini dəstəkləyəcəyini açıqlayıb.

Gürcüstanda prezident seçkilərinin ikinci turu dekabrın 2-dən gec olmayaraq keçiriləcək.

COP29