!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşvilinin geri dönüş BİLETİ: Keçmiş prezidentin yolu hakimiyyətə, yoxsa həbsxanayadır? - FOTO

!Reklam – Yazi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili uzunmüddətli fasilədən sonra ölkəyə qayıtmağa qərar verib.

Hakimiyyət dönəmi bitdikdən sonra Gürcüstanı tərk edən, müəyyən “gəzinti”dən sonra Ukraynada məskunlaşan Mixeil Saakaşvili geri dönməyə hazırlaşır. O, artıq qayıdış gününü də müəyyənləşdirib: oktyabrın 2-si. O tarixdə Gürcüstanda həm də yerli seçkilər keçiriləcək.

Bu baxımdan, Saakaşvilinin qayıdış gününü məhz siyasi mübarizənin aktivləşdiyi seçki dövrünə salması təsadüfi deyil.

Yeri gəlmişkən, eks-prezident qayıdış niyyətinin ciddiliyini göstərmək üçün Kiyev-Tiflis təyyarə reysinə oktyabrın 2-nə aldığı biletin fotoşəklini də sosial şəbəkədə paylaşıb.

Bir çox təhlilçilər Saakaşvilinin qayıdış qərarının mümkün səbəblərindən biri kimi Cənubi Qafqazda yaranmış yeni düzəni və ABŞ başda olmaqla, Qərbin regiona yönəlik yeni planlarının icra zərurətini göstərirlər. Həqiqətən də, Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə bölgədəki status-kvonu kökündən dəyişib. Belə bir şəraitdə Qərbin regiondakı proseslərdən kənarda qalmaması üçün ən güvənli adamını Gürcüstana göndərmək istəməsi təbiidir.

Bununla belə, Saakaşviliyə yazılan bu “ezamiyyət”in arxasındakı ən başlıca səbəb Qərbin Rusiyaya qarşı planlarının həyata keçirilməsində keçmiş prezidentə ehtiyac duyulmasıdır. Açıq bilinən budur ki, Saakaşvili Qərbin təminatı olmadan belə bir riskin altına girməz.

Gürcüstan hökuməti də Saakaşvilinin qayıdış anonsuna reaksiya verib. Qonşu ölkənin baş naziri İrakli Qaribaşvili keçmiş prezidentin ölkəyə ayaq qoyduğu təqdirdə, həbsxanaya göndəriləcəyini bəyan edib. Qaribaşvili bildirib ki, Saakaşviliyə münasibətdə qanunun icrasına “dünyada heç nə mane ola bilməz”.

Lakin Qaribaşvilinin bu əminliyinin reallığa əsaslandığını söyləmək çətindir. Gürcüstan hakimiyyətinin ABŞ-ın “mandat”ı ilə ölkəyə qayıdan Saakaşvilini qandallayıb həbsxanaya salması böyük cəsarət və risk tələb edir. Güclü dayaqlara malik olmayan hökumət üçün bu addımın nəticəsi heç də yaxşı görünmür.

Saakaşviliyə gəldikdə, o, doğrudan, ölkəyə qayıda biləcəkmi? Bu an üçün suala təsdiqedici cavab vermək mümkündür.

Xatırlayırsınızsa, Saakaşvili hələ Petro Poroşenkonun zamanında yaradılan bütün maneələrə baxmayaraq, çoxminlik tərəfdarlarının dəstəyi sayəsində Polşa sərhədindən Ukraynaya daxil olmağı bacarmışdı. Qərbyönümlü Poroşenko daha əvvəl verdiyi vədlərə rəğmən, Saakaşvilini ölkəyə buraxmamaq vədini yerinə yetirə bilməmişdi.

Bu dəfə necə olacaq? Hər halda, Saakaşvilinin qətiyyət göstərəcəyi, yoxsa blef edəcəyi oktyabrın 2-də bilinəcək.

A.Zeynalov

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv