!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakasvilinin oğurlanan maşını tapıldı – FOTO

!Reklam – Yazi

saakasvili_esas44Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin qaçırılan “Cip”i Kiyevdə tapılıb.

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Avtomobilin tapılması haqda xəbəri Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri Anton Geraşenko da təsdiqləyib. “Bəli, maşın artıq tapılıb. O, uydurma bir dayanacaqda saxlanılmışdı. Oğruların belə texnologiyası var: maşını patrulun axtaracağını bildiklərindən onu sakit küçədə bir yerdə saxlayırlar. Ehtirasların gərginliyi azalan zaman onu aparırlar”, – o, deyib. Maşın artıq sahibinə qaytarılıb.

Məlum olub ki, “Cip”dən həm Saakaşvili özü, həm də qardaşı David istifadə edirlər. Bundan əvvəl Ukrayna KİV-də yazılıb ki, avtomobil Saakaşvilinin mühafizəçisinin işlədiyi “Varta” mühafizə firmasınındır.(modern)

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv