Saakaşvilinin partiyası: “Rusiya nomrəli maşınlarda Ermənistan istiqamətində hərbi texnika daşınır”

Gürcustanın sabiq prezidenti Mixail Saakaşvilinin lideri olduğu “Vahid milli hərəkat” Partiyası ölkə ərazisində Rusiya nömrəli maşınlarda hərbi texnika daşındığını bəyan edib.

Yeniçağ.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, “Vahid milli hərəkat” Partiyasından açıqlanan məlumata əsasən, Bolnisi rayonunda Ermənistan sərhədi istiqamətində Rusiya nömrəli maşınlarda hərbi texnikanın daşındığı müşahidə edilib.

Bu barədə xüsusi brifinq keçirən “Vahid milli hərəkat” Partiyasının liderlərindən biri Nuqzar Tsiklaurinin sözlərinə görə, hərbi texnika yüklənmiş maşınlar Ermənistan sərhədi istiqamətində hərəkət edib. Partiya bu məlumatı təsdiqləyən fotoşəkilləri də yayıb.

“Gürcüstan prezidenti və hökumətinə müraciət edərək, ləngimədən həmin yükün təyinatına dair izahat versin. Bizim hazırda Bolnisidə olan bəzi dostlatımız bildirirlər ki, həmin yük böyük ehtimalla hərbi texnikadır.
Sabah Gürcüstan Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək və hesab edirəm ki, bu məsələ oada müzakirə olunmalıdır. Hərbi texnika böyük ehtimalla Ermənistan istiqamətinə doğru hərəkət edir. Məlumatlı şəxlərin ehtimalına görə, həmin texnika “Buq” qurğularıdır”.

Yeniçağ. Az