!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Saakaşvilinin sabah harada və kim olacağını heç kəs bilmir” – Gürcü ekspert

!Reklam – Yazi

“Ukraynada Maydan variantından başqa heç nə yoxdur”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynada yeni müxalifət hərəkatına təkan verən Mixail Saakaşvilinin fəaliyyətini və onun ətrafında cərəyan edən prosesləri dəyərləndirən Gürcüstanlı politoloq Gela Vasadze deyib.

– Saakaşvilinin ekstradisiyası Gürcüstan hakimiyyətinə lazımdırmı?

– Bir neçə səbəbə əsaslanaraq deyə bilərik ki, Gürcüstan hakimiyyəti indiki şəraitdə Saakaşvilinin ekstradisiyasında maraqlı deyil.

Əvvəla, bu addım münasibətləri normallaşmağa doğru gedən Ukrayna və Gürcüstan hakimiyyətləri arasında narazılıq yarada bilər.

İkincisi, bu, ABŞ və Avropanın siyasi isteblişmentinin kəskin narazılığına səbəb olacağı qədər də, ABŞ və Avropa İttifaqı ölkələrinin hakimiyyətinə problem yaradacaq. Həmin “uşaqlar” isə kənardan onlara hətta kiçik problem yaradılmasını da sevmirlər.

Nəhayət, bu, Ukrayna hakimiyyətinin “Saakaşvili layihəsi”nə qarşı müqavimət baxımından, ideal variant deyil. Bu halda müxalifətin qazandıqları itirdiklərindən çox olacaq.

– Ukraynada yaranmış vəziyyətlə tanışsız. Saakaşvilinin Kiyevdə təşkil etdiyi son marşı necə qiymətləndirirsiz?

– Ukrayna hakimiyyətinin reaksiyasına baxsaq, Saakaşvilinin prezident Poroşenkoya qarşı təşkil etdiyi marş gözlənildiyindən də uğurlu alındı.

– Saakaşvili Ukraynanın nüfuzlu siyasətçilərindən olan Yuliya Timoşenko, Oleq Tyaqnibok və digərlərinə xalqın maraqları naminə birləşməyi təklif edib. Saakaşvilinin bu çağırışı nəticə verə və o, Ukrayna müxalifətinin liderinə çevrilə bilərmi?

– Ukrayna siyasətçiləri yalnız Maydanda birləşirlər – o da sona qədər yox. Fikrimcə, Ukraynada Maydan variantından başqa heç nə yoxdur.

– Əksər ekspertlər hesab edirlər ki, Qərb Saakaşvilinin arxasındadır və o, yaxın vaxtlarda Ukrayna hökumətinin rəhbərliyinə gətiriləcək…

– Saakaşvilinin dəstəkçiləri arasında Qərb isteblişmentinin təmsilçilərinin olduğu heç kəsə sirr deyil. Saakaşvilinin sabah harada və kim olacağını isə heç kəs bilmir.

www.yenicag.az

1781
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv