Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saakaşvilinin təyinatı ilə bağlı Ali Radaya göndərilən təqdimat geri götürüldü

Reklam: High Technic

Ukrayna hökuməti Mixail Saakaşvilinin Baş Nazirin müavini təyin edilməsi ilə bağlı Ali Radaya göndərdiyi təqdimatı geri götürüb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Ukrayna mətbuatında yayılıb və əsaslı mənbələr tərəfindən təsdiqlənib.

Məlumata görə, buna Ali Radada sözügedən təyinatı dəstəkləyən deputatların sayının az olması və Ukrayna Prezidenti Vladimir Zelenskinin açıq şəkildə M. Saakaşvilini dəstəkləməməsi səbəb olub.

Qeyd edilib ki, Ukrayna hakimiyyəti Gürcüstanın sabiq prezidentinin namizədliyini Odessanın meri postuna irəli sürmək niyyətindədir.

Xatırladaq ki, Saakaşvili daha əvvəl Prezident V. Zelenskinin ona Baş Nazirin islahatlar üzrə müavini vəzifəsini təklif etdiyini və bu təklifi qəbul edəcəyini bildirmişdi.

Gürcüstan hökuməti eks-Prezidentin Ukrayna hökumətində vəzifəyə keçəcəyi təqdirdə Kiyevdəki səfirini geri çağıracağını vurğulamışdı.

Loading...

www.yenicag.az

433
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100