Moldova prezidenti Gürcüstanın eks-prezidenti ilə bağlı bu ölkənin hakimiyyətinə müraciət edib.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Moldova prezidenti Maya Sandu özünün “Twitter” səhifəsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin xaricdə müalicə olunmasının vacibliyini bildirib.
O, Saakaşvilinin indiki durumunun son dərəcə həyəcanverici olduğunu vurğulayıb:
“Bu, Saakaşvilinin həbsxanada vəziyyətinin xeyli pisləşdiyinin göstəricisidir. Gürcüstan hakimiyyətinə müraciət edərək, Saakaşvilinin səhhətinə diqqətlə yanaşmağa və onun həyati əhəmiyyət daşıyan müalicəsinin xaricdə həyata keçiriləməsinə şərait yaratmağa çağırıram”.