Saatlı rayonunda iki nəfər müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd olunub ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirir.