Saatlıda 3 otaqlı ev yandı

Saatlıda yanğın olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonun Bəylik kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı 20 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

COP29