Saatlıda 3 otaqlı evin tavanı yandı

Saatlı rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Yeni Novruzlu kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı və dam örtüyü 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.