Saatlıda 5 otaqlı ev yandı

Saatlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Mircəlal kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 5 otaq və aynabəndən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.