Saatlıda 5 otaqlı ev yandı

Saatlıda yanğlın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Məmmədabad kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.