Saatlıda 8 məktəbli dəm qazından zəhərləndi

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda qəm qazının sızması baş verib. Məktəblilər Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.