!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saatlıda ağır yol qəzası olub: ölən və yaralananlar var

!Adviad

Saatlı rayonunda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyulun 14-də saat 18 radələrində Saatlı rayonunun Qaranuru kəndi ərazisində rayon sakini Əli Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb.

Qəzada avtomobildə olan sərnişinlərdən azyaşlı qız Fatimə hadisə yerində ölüb, sürücü və digər sərnişin isə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Saatlı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

1334
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100