Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu qəfildən dünyasını dəyişib. Onun döyüldükdən sonra vəfat etdiyi ehtimal olunur.
Yenicag.az-a açıqlama verən Saatlı rayon təhsil şöbəsinin rəsmisi Urşan Nuruşov hadisə ilə bağlı təfərüüatları danışıb:
“Sarıcalar kənd məktəbinin 8-ci sinif şagirdi Yahya ürək tutmasından dünyasını dəyişib. Biz hamımız indi ordan gəlirik. Uşağın tənəffüs vaxtı halı pisləşib, üzünə su vurub, sinif yoldaşlarına özünü pis hiss etdiyini deyib. Qəfildən yıxılıb. Şagirdlər müəllimlərə xəbər verib, kənd həkimi çağrılıb. Həkim deyir ki, uşaqda həyat əlaməti olmasa da, onu xilas etməyə çalışıb. Nə qədər süni nəfəs veribsə də, şagird həyata qaytara bilməyib. Valideynləri də gəlib, atası onun epilepsiya xəstəsi olduğunu bildirib. Onun meyiti Saatlı rayon morquna aparılıb. Hələ də ordadır, ekspertiza olunur. Rayonun kriminalistləri də hadisə yerində olub. Yalandan yazırlar ki, guya uşaq döyülərək dünyasını dəyişib. Yalan söhbətlərdir”.
Saatlı rayon Polis Şöbəsinin rəsmisi Atakişiyev Valid saytımıza açıqlamasında şagirdin ölüm səbəbinə aydınlıq gətirib:
Hadisə 10-30 radələrində baş verib, əməkdaşlar hadisə yerində olub. İlkin araşdırmaya görə, Ağayev Yahya Eldar oğlu məktəbin həyətindəki hovuzdan su içdikdən sonra qəflətən dünyasını dəyişib. Meyit ekspertiza olunmaq üçün morqa aparılıb. Həkimlər rəy verəndən sonra hadisənin əsl səbəbi bəlli oalcaq.
Cəvahir