Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə qeydə alınıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Smada kəndində pambıq tarlasında qeydə alınıb.
Tarlada işləyən 23 nəfər kənd sakini Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə kimyəvi zəhərlənmə diaqnozu ilə yerləşdirilib. Onların pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə istifadə edilən kimyəvi maddədən zəhərləndikləri bildirilir.
Zəhərlənənlər Sabirabad rayonunun Nəsimi kənd sakinləridir. Onlar kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Rayona Bakı şəhəri Toksikologiya Mərkəzinin həkim briqadası ezam olunub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.