!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saatlıda mal-qara oğruları saxlanıldı

!Reklam – Yazi

Saatlıda mal-qara oğruları saxlanılıb.

Yenicag.az DİN-ə istinadən xəbər verir ki, Saatlı rayonu Gomuşçu kənd sakini Feyzulla Hüseynov fevralın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kəndin çöl sahəsindən ona məxsus 21 baş iri və xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Sakin Sarıyev və Sahil Abbasov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan mal-qara sahibinə təhvil verilib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

www.yenicag.az

18347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv