Saatlı rayonunda qadın özünü güllələyib.
Dekabrın 29-da Saatlı rayonunun Azadakənd kəndində yaşayan Könül Rəhmanova evində ov tüfəngi ilə ehtiyatsız davranaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Saatlı rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan “TOZ-63” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.(APA)