Saatlıda qəza: Piyada öldü

Saatlı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Soltanabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, aprelin 22-də saat 21:00 radələrində Saatlı rayonunun Soltanabad kəndi ərazisində kənd sakini Asif Tarverdiyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən həmkəndlisi Qədir Mirzəyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.