Saatlıda uşaq kanala düşüb

Saatlı rayonunda uşaq su kanalına düşüb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Baş Muğan kanalının Saatlı rayonu, Qaralar kəndi ərazisindən keçən hissəsində 1 azyaşlının suya düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nın axtarış qrupu hadisə yerinə cəlb olunub.

Axtarışlar davam etdirilir.

Yenicag.az