Noyabrın 24-də Saatlı rayonu ərazisində 3,2 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:02:04-də qeydə alınıb.
Ocağı 58 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.