!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah 39 dərəcəyədək isti olacaq – Hava proqnozu

!Reklam – Yazi

Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Avqustun 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz 24-29° isti olacaq.

www.yenicag.az

618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv