Sabah Afrika Millətlər Kuboku başlayır

Yanvarın 14-də futbol üzrə Afrika Millətlər Kubokuna start veriləcək.

Yenicag.az xəbər verir ki, 1984-cü ildən sonra ikinci dəfə Kot-d’İvuarın qəbul etdiyi turnirin açılış matçı ev sahibləri ilə Qvineya-Bisau yığmaları arasında olacaq.

Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Sayca 34-cü dəfə təşkil olunacaq Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparacaq. Oyunlar 5 şəhər və 6 stadionda keçiriləcək.

Qrupda ilk iki yeri tutan komandalar birbaşa növbəti mərhələyə vəsiqə qazanacaqlar. Ən yaxşı üçüncü olan dörd yığma da 1/8 finala yüksəlmək hüququ əldə edəcək.

Qeyd edək ki, fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır.

COP29