Sabah Ankarada Türkiyə-Fransa siyasi məsləhətləşmələri keçiriləcək

4 aprel tarixində Ankarada Türkiyə-Fransa arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Bu barədə Yenicag.az-ın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, məsləhətləşmələr Türkiyənin xarici işlər nazirinin müavini, Avropa İttifaqı ilə iş üzrə səfir Mehmet Kamal Bozay  və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət katibi Ann Mari Dekartın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçiriləcək.

Qeyd olunub ki, məsləhətləşmələr zamanı Fransa ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq. Həmçinin Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələri, aktual regional və beynəlxalq məsələlər əsas müzakirə mövzularından olacaq.

Natiq Çıraqzadə