Sabah Azərbaycana payız gələcək

Sabahdan Azərbaycanda payız fəsli başlayır.

Yenicag.az xəbər verir ki, payız fəsli sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.​ Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. ​

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq. ​