Sabah Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

8d69ef037c9e32d42c1d573b61c58596Oktyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yarımadanın bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18, gündüz 21-26 dərəcə isti olacaq.

Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər-səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlıq ərazilərdə gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq(APA).