!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah bağçalara işə qəbul üçün qeydiyyat başa çatacaq

!Reklam – Yazi

Avqustun 9-da 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatacaq.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən namizədlər saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

 

www.yenicag.az

243
Ads
www.veteninfo.com
!Reklam – Arxiv