“Sabah” – “Beşiktaş” oyununun başlanma saatı müəyyənləşdi

“Sabah”la “Beşiktaş” arasında keçiriləcək xeyriyyə oyununun başlanma saatı məlum olub.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.

Qeyd edək ki, matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.