Sabah bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah dumanla əlaqədar bəzi magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Aprelin 24-də gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 400-800 m-dək məhdudlaşacağı ehtimalı var.