Bakının bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
“Azərişıq” ASC abonentlərinə xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, “Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr 2017-ci il tarixində saat 01:30-dan 04:30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı, Nəsrəddin Tusi, Sarayev, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.