Sabah bu ərazilərdə su kəsiləcək

Magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah Abşeron rayonunun Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Bakıın Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

COP29