Sabah bu qəsəbələr qazsız qalacaq

2302fe79cdc7c61191a79e32ac13975aSabah saat 10.00-dan 18.00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Əhmədli”, “Mehdiabad” və “Novxanı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

İdarədən verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Mehdiabad və Novxanı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakının Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür(lent).