Sabah bu rayonlarda qaz olmayacaq

Sabah saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Bu barədə Yenicag.Az  SOCAR-ın saytına istinadən xəbər verir.

Təmir işləri aparılan müddətdə Astara rayonunun Kakalos, Siyəkürt, Telman, Pensər və Şahağacı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Yenicag.Az