Sabah bu rayonlarda qaz olmayacaq

44953Sabah saat 10:00-dan 18:00-dək Hacıqabul rayonunun Qarasu və Abdulabad, Masallı rayonunun Qızılavar, Kəriblər və Ərkivan, Qəbələ rayonunun Soltanmuxa, Savalan və Hacıəli, Zaqatala rayonunun Əliabad kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz”-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin saatlarda “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mərdəkan bağları’ və “Qanlı göl”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-2”, “Hacıqabul-1” və “Qarasu”, Astara magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Masallı”, eləcə də Ağdaş magistral qaz kəmərləri sahəsinin “Qəbələ”, “Əliabad” və ‘Cəfərabad’ qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacağından yuxarıda adı çəkilən bölgələrdə qaz olmayacaq.

Bundan başqa, aparılan işlərin Bakı şəhəri Yasamal rayonunun, Xəzər rayonunun Mərdəkan qəsəbəsinin, eyni zamanda Hacıqabul, Şirvan, Lerik və Şəki rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.