Sabah bu yolda məhdudiyyət olacaq

Bibiheybət məscidindən şəhərə doğru istiqamətdə hərəkət qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yenicag.az-a verilən məlumata görə, yolda hərəkət məhdudlaşdırılacaq, ancaq tamamilə bağlanmayacaq.

Məlumata görə, məhdudiyyət aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, 1 mart tarixində, günorta saatlarında tətbiq ediləcək.