“Sabah bunun qarşısını almaq üçün meydana çıxacağıq” – Qurban Qurbanov

“İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə cavab oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.

O, sabah keçiriləcək matçın Bakıdakı ilə müqayisədə daha ağır olacağını bildirib: “Bu oyunda daha çox güc sərf etməliyik. Rəqib, azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacacaq, biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandalar arasında ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yenicag.az