Martın 13-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, sabah şimal-qərb küləyi əsəcək, arabir güclənəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 dərəcə, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Martın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Tibbi-meteoroloji proqnoz
Martın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.