!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabah Ərdoğan Paşinyanla görüşəcək

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk təkbətək görüş sabah Praqada baş tutacaq. 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri məlumat yayıb.

“Sabah prezident Ərdoğan Praqada Ermənistanın Baş naziri Paşinyanla ikitərəfli görüş keçirəcək”, – nəşr yazıb.

Sentyabrın sonunda Ərdoğan Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Paşinyanla ilk dəfə görüşə biləcəyini deyib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan müvafiq məlumatı təsdiqləyib. Eyni zamanda o, belə bir görüşlə bağlı heç bir razılaşmanın olmadığını qeyd edib./Unikal/

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv