Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

"Sabah" əzik yazını saytdan sildi - FOTO

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Azərbaycan çempionu “Qarabağ”ın “Atletiko” ilə qolsuz bərabərə qalması dünya mətbuatının da gündəmini zəbt edib.

Lakin, digər Türkiyə media orqanlarından fərqli olaraq, “Sabah.com.tr”-də müəllifi Mövlut Tezel olan “En ezik koreografi” başlıqlı yazının yayımlanması birmənalı qarşılanmayıb.

Belə ki, 0:0 hesabıyla bitən matçı Bakı Olimpiya Stadionundan izləyən “Qarabağ” fanatlarından bir qrupu A4 kağızlarına “Qarabağ” yazaraq onları şəffaf paketə salıb nümayiş etdiriblər. Bu məqamı işıqlandıran türkiyəli jurnalistin “Futbol tarixinin ən kasıb, ən əzik, ən komik “koreografisi” bu olsa gərək. Olsun, yavaş yavaş onlar da öyrənəcək futbol mədəniyyətini” tipli yanaşması azərbaycanlı futbolsevərlərin etirazına səbəb olub.

Hazırda Türkiyədə olan YeniÇağ Media Qrupunun rəhbəri Aqil Ələsgərin verdiyi məlumata görə, məsələ ilə bağlı qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı jurnalistlər “Sabah” qəzetinin rəhbərliyinə müraciət ünvanlayıblar. Onlar indiki məqamda bu yazının fitnəyə yol açacağını da bildiriblər. “Sabah” rəhbərliyindən isə müəllifin mövqeyi ilə razılaşmadıqlarını, buna görə Azərbaycan üzr istəməyə hazır olduqlarını da bildiriblər.

Qeyd edək ki, jurnalistlərimizin etirazından sonra sözügedən yazı “Sabah.com.tr”-dən çıxarılıb.

www.yenicag.az

3235
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM